Azərbaycanda əlillərin hüquqları lazımi səviyyədə qorunmur

img

05-05-2009 [04:01]


Hər il 5 may tarixi dünyada əlillərin hüquqları uğrunda beynəlxalq mübarizə günü kimi qeyd olunur. Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da əlillər müxtəlif hüquqlardan istifadə edirlər. Amma bu sahədə nöqsanlar da az deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hazırda Arbaycanda 450 mindən çox əlil yaşayır. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq onlara pensiya və sosial müavinətlər verir. Amma sosial müavinətlər aşağ olduğundan həmin vəsaitlə əlillər kommunal xidmətləri ödəməyə, müalicə olunmağa, normal qidalanmağa çətinlik çəkirlər. Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı ciddi problemlər var. Bu gün əlillərin əsas problemlərindən biri təhsil ala bilməmək, işsizlik və mənzillə bağlıdır. Qanunla dövlət müəssisələrində hər 50 işçidən biri, güzəştli kateqoriyadan olanlar, o cümlədən əlillər olmalıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, bu gün əlil uşaqlar təhsilə cəlb edilmir. O, əlillərlə işləyə biləcək müəllimlərə ciddi ehtiyacın olduğunu bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərovun sözlərinə görə, hazırda əsasən mənzilə ehtiyacı olan Qarabağ əlilləri üçün evlər tikilib istifadəyə verilir. Hazırda respublikamızda əlillər üçün 9 bərpa mərkəzi fəaliyyət göstərir və həmin yerlərdə ildə 5000 əlil bərpa müalicəsi alır. Nazirlikdən bildirilib ki, 2011-ci ildək əlillərin sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bura əlillər üçün idman-sağlamlıq, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi, onların xaricdə müalicəsinin təşkili məsələləri də daxildir. 2008-ci ildən 2011-ci iləgək əlillərə 2000 ədəd avtomaşının paylanması planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA