Prezident 2009-2015-ci illərdə elmin inkizafı üzrə Milli Strategiyanın təsdiqi haqqında sərəncam imzalayıb

img

05-05-2009 [12:49]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ?Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya?nın və ?Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı?nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Prezidentinin ?Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında? 2008-ci il 10 aprel tarixli 2756 nömrəli Sərəncamının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1.?Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya? təsdiq edilsin. 2. ?Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı? təsdiq edilsin. 3. Bu Sərəncamın 1-ci və 2-ci bəndlərində qeyd olunan Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Milli Elmlər Akademiyası müəyyən edilsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 4 may 2009-cu il.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA