MTN Sosial Müdafiə Fondunun əməkdazını həbs edib

img

04-05-2009 [06:53]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) Goranboy rayonunda xüsusi əməliyyat keçirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Mənbə deyib ki, əməliyyat nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin rəhbəri Allahverdi Əliyev həbs edilib. O, külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirli bilinir. MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən isə Müstəqil İnformasiya Agentliyinə deyiblər ki, hələlik onlara bu barədə hər hansı məlumat verilməyib. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında faktı qismən təsdiqləyib: ?Dövlət Sosial Müdafiə Fondunun daxili audit idarəsinin Goranboyda apardığı yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanıb. Nəticədə şöbə müdiri tutduğu vəzifədən azad edilib. Şöbədəki qanunsuzluqlarla bağlı materiallar prokurorluq orqanlarına təqdim olunub?. E.Babayev həmin şəxsin MTN tərəfindən həbs edilməsi barədə məlumatsız olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA