Səbaildə Heydər Əliyev açıq dərsləri keçirilib

img

04-05-2009 [05:08]


Səbail rayonu, Badamdar qəsəbəsindəki T.Məmmədov adına 239 saylı orta məktəbdə Azərbaycan Heydər Əliyevin anadan olmasının 86 illiyinə və Heydər Əliyev fondunun yaradılmasının 5 illiyinə həsr olunmuş təntənəli tədbir və Heydər Əliyev açıq dərsləri keçirilib. Rayon ictimaiyyətinin, Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri 239 saylı məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açıb. Toplantıda iştirak edənləri salamlayan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Sahib Ələkbərov Heydər Əliyevin müstəqil Azərbaycan dövlətninin yenidən qurulmasındakı misilsiz xidmətlərindən danışaraq Heydər Əliyev irsinin yeniyetmə və gənclər tərəfindən dərindən öyrənilməsinin vajibliyinixüsusi vurğulamışdır. Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil Azərbaycanımızın inkişafı istiqamətində apardığı işlərdən söhbət açan S.Ələkbərov son illər ərzində əldə olunmuş müvəffəqiyyətləri, o jümlədən təhsil sahəsindəki uğurları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra o bu günlər yaradılmasının 5 illiyini qeyd edən, Heydər Əliyev Fondu və onun Prezidenti, Azərbayjan Respublikasının birinji xanımı, Millət vəkili Mehriban xanım Əliyevanın təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirdiyi konkret layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu layihələr çərçivəsində 239 saylı orta məktəbin həyətində 880 şagird yerlik yeni məktəb binası tikilmiş, məktəbin köhnə binası isə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuşdur. Məktəbin həyətində hər jür şəraiti olan süni yaşıl örtüklü stadion da tikilib istifadəyə verilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəbbət Qarabağlı Ulu öndər Heydər Əliyevin təhsilin inkişafındakı rolundan danışmış, şagirdlərə bilik və savadlarının artırılmasında uğurlar arzulamışdır. Tədbirdə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Rəsmi hissədən sonra qonaqlar müxtəlif mövzulu 19 açıq dərsdə və ?Azərbaycan ? dünyam mənim? mövzusunda dəyirmi masada iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA