Bakı Şəhər icra Hakimiyyəti Gül bayramına hazırdır

img

04-05-2009 [03:13]


Məlum olduğu kimi, hər il mayın 10-da ölkədə Gül bayramı qeyd olunur. Bu bayram Bakıda daha geniş şəkildə keçirilir. Hər il olduğu kimi, bu ildə paytaxtda bayramı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) təşkil edəcək. Müstəqil İnformasiya Agentliyinə məlumat verən BŞİH-nin mətbuat katibi Nuranə Mərdanova bildirib ki, bunun üçün hazırlıq işləri davam edir. Onun sözlərinə görə, bayram tədbiri üçün lazım olan güllər artıq Bakıya gətirilib. Həmin güllərin hardan və neçə ədəd gətirilməsinə gəlincə, BŞİH sözçüsü bunu əhəmiyyətsiz hesab edərək, bu barədə dəqiq bir söz deməyib: ?Əsas odur ki, mayın 10-11-də Heydər Əliyev parkında təşkil olunacaq tədbirlə bağlı müvafiq işlər görülüb və görülməkdədir. Tapşırılan işlər vaxtlı-vaxtında yerinə yetirilir. Bayramla əlaqədar olaraq, güllərin haradan və nə qədər gətirilməsi elə də vacib məsələ deyil. Fakt odur ki, işlər görülür, bayram da yüksək səviyyədə keçiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA