Müəllimlərdən və zagirdlərdən pul yığılır

img

04-05-2009 [02:38]


Ümumtəhsil sistemində yalnız şagirdlərdən deyil, müəllimlərdən də qeyri-rəsmi ödənişlərin yığılması halları istisna deyil. Belə hallar əsasən Bakı şəhərində baş verir. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, paytaxtdakı bəzi orta məktəblərdə müəllimlərdən mayın 10-da keçirilməsi planlaşdırılan Gül bayramı üçün qanunsuz ödənişlər yığılır. Həmişəki kimi adlarını və çalışdıqları məktəblərin nömrəsini açıqlamaqdan ehtiyatlanan müəllimlər bildiriblər ki, Gül bayramı ilə bağlı pedaqoji işçilərdən tələb olunan məbləğ 5 manatdır. Dərs ilinin sona yaxınlaşdığını nəzərə alan bəzi orta məktəblərin direktorları hər bir şagirddən də 5 manat təmirpulu yığmağa başlayıblar. Məktəb rəhbərləri vəd edirlər ki, toplanılan vəsaitlə yay tətili müddətində siniflərdə təmir aparılacaq. Təhsil Nazirliyinin rəsmiləri isə ənənəvi olaraq deyilənləri təkzib ediblər. Nazirliyin şəhər məktəbləri üzrə şöbəsinin müdiri Arif Muradov deyib ki, yaxşı olar, şikayətçilər anonim deyil, yazılı qaydada müraciət etsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA