"Metroda bomba var"- anonim zəng polisi hərəkətə gətirib

img

04-05-2009 [12:44]


Bu gecə Daxili İşlər Nazirliyinin 102 saylı telefon nömrəsinə naməlum şəxs tərəfindən Əhmədli metrostansiyasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Xətai Rayon Polis İdarəsinin şəxsi heyəti hadisə yerinə yollanıb. Bundan əlavə həmin ünvana təcili tibbi yardım stansiyasının həkimləri və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Partlayıcı qurğunun tapılması üçün əraziyə xüsusi təlim görmüş itlər də gətirilib. Öncə Əhmədli metrostansiyasının çıxışı polis nəfərləri tərəfindən nəzarətə götürülüb. Təxminən 1 saat aparılan axtarışlar nəticəsində partlayıcı qurğu və ya ona oxşar heç bir şey tapılmayıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən anonim zəng edən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA