MTN icra hakimiyyətinin zöbə müdirini həbs etdi

img

03-05-2009 [10:34]


[b]Ağcabədidə xüsusi əməliyyat keçirilib[/b] Milli Təhlükəsizlik Nazirliyi Ağcabədi rayonunda xüsusi əməliyyat həyata keçirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Mənbə deyib ki, mayın 2-dən 3-nə keçən gecə şəhər mehmanxanasında aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Bulud Quliyev və Naxçıvan sakini Rəşad Ələkbərov saxlanılıb. Saxlanılan şəxslərdən xeyli miqdarda partlayıcı maddə götürülüb. Sonra isə əməliyyatçılar Bulud Quliyevin Ağcabədi rayon İcra Hakimiyyətindəki kabinetinə baxış keçirərək, onun seyfindəki bəzi sənədləri götürüblər. Həbs olunan hər iki şəxsin hazırda MTN-in istintaq təcridxanasında saxlanıldığı bildirilir. Qeyd edək ki, məlumat redaksiyaya bazar günü daxil olduğu üçün MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin məsələyə münasibətini öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA