Səhiyyə naziri Oqtay Şirəliyev narahatdır

img

03-05-2009 [04:38]


[b]Səhiyyə naziri təcili yardımın hadisə yerinə gec gəlməsinə aydınlıq gətirməlidir [/b] Dövlət Neft Akademiyasında baş verən qanlı hadisə zaman yaralılara ilk tibbi yardım göstərilməsi üçün təcili yardım maşınlarının ardıcıl olaraq hadisə yerinə gəlməsini ölkə ictimayyəti telekanallardan izlədi. Bu isə ilk baxışdan da təcili yardım maşınlarının bir-birinin ardınca hadisə baş verən əraziyə vaxtında çatması qənaəti yaranırdı. Əgər bu kadrları hansısı filmin çəkiliş meydanında görsəydik, belə düşənə bilərdik. Lakin hazırkı şəraitdə sual yaranır ki, necə olur təcili yardım maşınları telekanalların çəkiliş qrupundan xeyli gec hadisə yerinə gəlir? Yəni telerepartyorlar hadisə yerindən reparotaj hazırlayandan sonra təcili yardım maşınlarının gəlişini də lentə alaraq ölkə ictimayyətinə göstərirlər. Qeyd edək ki, ANS TV hadisədən 20 dəqiqə sonra əməkdaşlarının hadisə yerinə çatdığını bildirir. Daha sonra isə ANS-in əməkdaşları Neft Akademiyasının binasının daxilində yaralıların və ölənlərin görüntülərini göstərdilər. Kadrlarda tələbələrin yaralılara kömək etməsi də əksini tapıb. Şübhəsiz ki, bu kadrların çəkilişinə isə hardasa 10-15 dəqiqə vaxt sərf olunur. Daha sonrakı kadrlarda isə təcili yardımı maşınlarının gəlişi göstərildi. Bu isə o deməkdir ki, hadisədən 30-35 dəqiqə sonra təcili yardım ancaq hadisə yerinə gəlib çıxa bilərdi. Nəticədə isə yaralılardan qanaxma nəticəsində ölənlərin də olması istisna edilmir. Elə Neft Akademiyasının tələbələri də təcili yardımın gec gəlməsindən şikayətlənirlər. Ancaq nədəsə telekanallar bu məsələnin üstünə gəlmir. Səhiyyə naziri Oqtay Şirəliyev meydanda olsa da, buna aydınlıq gətirmir. Hər halda səhiyyə naziri bu gecikməyə görə cavab verməlidir. Çünki ötən il prezidentin ehtiyat fondundan ayrılan milyonların hesabına o, təcili yardımın işinin yüksək səviyyədə qurulduğunu bəyanlayırdı. İndi isə şəhərin mərkəzində baş verən hadisə yerinə təcili yardım bu qədər gecikirsə, onda digər hadisə zamanı Oqtay Şirəliyevin işçilərinin necə davrandıqları göz önünə gəlir. Bax, bunun üçün də O.Şirəliyevin də məsələnin böyüməsindən narahat olduğu gizlədilmir. Yəni o, yaxşı bilir ki, təcili yardımın hadisə yerinə gec gəlməsinə görə danlana bilər. Bunun üçün də bütün imkanların işə salıb, bu məsələnin böyüməməsinə çalışdığı vurğulanır...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA