Ombudsman Aparatı narahatdır

img

02-05-2009 [08:53]


"Qorxu, dəhşət aşılayan kadırlar efirə uşaqlar yatdıqdan sonra verilməlidir. Tamaşaçıların gur olduğu saatlarda belə kadırların nümayişi yeniyetmələrin, xüsusilə uşaqların mənəvi-psixoloji durumuna mənfi təsir göstərir". Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli deyib. Zemfira Məhərrəmli ölkədə fəaliyyət göstərən telekanalları analoji hadisələr zamanı daha həssas davranmağa çağırıb: "Səddam Hüseyn qətlə yetiriləndə Azərbaycan telekanalları bu dəhşətli kadırları dəfələrlə efirə verdilər. Aradan qısa müddət keçəndən sonra bir neçə yeniyetmə özünü asdı. Biz həmin vaxt da telekanallara müraciət edərək, qorxulu kadırları gecə saatlarında efirə verməyi xahiş etdik. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Əksər ölkələrdə hətta qorxulu filmləri də gecə saatlarında nümayiş etdirirlər". Ombudsman Aparatının sözçüsü mətbuatın fəaliyyətindən də narazılıq edib: "Hansı qəzeti açırsansa, ilgək şəkli görürsən. İntihardan bəhs edən xəbərlərin hamısını bu şəkillə təqdim etmək oxucuda ancaq mənfi təəssürat oyadır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA