Müsavatçı deputatın köməkçisi Neft Akademiyasında baz vermiz terrorla bağlı dindirilib

img

01-05-2009 [10:25]


Xəbər verdiyimiz kimi, bu gün Müsavat Partiyası Məclisinin katibi Tofiq Yaqublu Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. Buna səbəb onun hadisə günü şübhəli şəxs qismində saxlanılan Nadir Şirxan oğlu Əliyevin qohumu Kamil Mürsəllə "Mediaforum" saytı arasında əlaqə yaratmasıdır. Bu gün T.Yaqublu ilə yanaşı N.Əliyevin qohumu Kamil Qədim oğlu Mürsəl də polisə dəvət olunub. T.Yaqublu BMCMİ-də 1 saat dindirilib. Ondan K.Mürsəli haradan tanıması və onunla ?Mediaforum? arasında əlaqəni necə yaratması haqda soruşulub. Bu barədə musavat.com-a məlumat verən T. Yaqublu bildirib ki, onu hadisə ilə bağlı yaradılmış istintaq qrupunun üzvləri ? prokurorluq əməkdaşları dindiriblər: ?Mən verilən suallara cavab olaraq bildirdim ki, Kamil Mürsəli çoxdandır bir həmyerli kimi tanıyıram. Mən onun Daştəpədən olduğunu bilirdim. Dedim ki, ?Mediaforum? saytından mənə bir gürcüstanlı kimi telefon açıb Marneuli rayonundan tanışım olub-olmadığını soruşdular və bildirdilər ki, artıq informasiya saytlarında Neft Akademiyasındakı hadisə ilə bağli Marneulidən olan Nadir Şirxanoğlu adlı bir nəfərin adı keçir. Mən də Marneulidən bir tanışım olduğunu dedim. Əvvəlcə Kamilə özüm zəng etdim və Nadir Şirxanoğlu adlı Marneulidən olan bir adam tanıyıb-tanımadığını soruşdum. Kamil də mənə dedi ki, o adamla qohumdur və o, Şirxanın belə bir iş tutmasının inandırıcı olmadığını dedi. Bundan sonra mən ?Mediaforum? əməkdaşlarına onun nömrəsini verdim və onunla əlaqə yaratdılar. Məndən BMCMİ-də yalnız Kamili ?Mediaforum?la necə əlaqələndirməyim və onu haradan tanıdığımı soruşdular. Mən də buna aydınlıq gətirdim?. Qeyd edək ki, Neft Akademiyasında törədilmiş terror aktında adı keçən Nadir Əliyevin qohumu olan Kamil Mürsəl dünən ?Mediaforum?a qohumu barədə müdafiə xarakterli açıqlama verib. Onu da qeyd edək ki, T.Yaqublu Müsavatçı deputat Arzu Səmədbəylinin köməkçisidir. [b]Musavat.com[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA