Neft Akademiyasında ölənlərin aillərinə 30 min, yaralanlara 15 min manat birdəfəlik maddi yardım edildi

img

01-05-2009 [09:30]


Prezident İlham Əliyev aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə sərəncam imzalayıb. Sənədə əsasən həlak olanların ailələrinin hər birinə 30,0 min (otuz min), ağır xəsarət alanların hər birinə isə 15,0 min (on beş min) manat məbləğində birdəfəlik maddi yardım edilir. Vəsait Prezidentin Ehtiyat Fondundan ayrılacaq. Xatırladaq ki, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində 13 nəfər həlak olub, 13 nəfərsə yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA