Akif Nağı aksiya keçirməkdə israrlı olacaqlarını deyir

img

01-05-2009 [04:03]


?Şuşanın işğalının 17-ci ildönümü ilə bağlı Qarabağ Azadlıq Təşkilatı bir çox yerlərdə tədbirlər keçirmək niyyətindədir. Biz Bakı və Sumqayıt şəhərlərində, Şəki, Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Ağdam və respublikanın digər rayonlarında aksiyanı keçirəcəyik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. Onun sözlərinə görə, bütün işlərin icra edilməsi üçün bütün yerli şöbələrə tapşırıqlar verilib və hazırlıqlar görülüb. QAT sədrinin sözlərinə görə, aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilib: ?Hesab edirəm ki, hakimiyyət bu məsələyə normal yanaşmalıdır. Başa düşmürəm, niyə görə, hökumət bu məsələdə laqeydlik nümayiş etdirir? Hələlik aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən hər hansı bir cavab gəlməyib. Ancaq biz ümidliyik ki, hökumət buna müsbət reaksiya verəcək. Sadəcə bizi son terror hadisəsi ? Azərbaycan Neft Akademiyasında baş verən qanlı olay narahat edir. Ola bilsin ki, BŞİH baş verən hadisəni əsas gətirərək aksiyanın keçirilməsinə icazə verməsin. Hər halda, hesab edirəm ki, icazənin verilməməsi üçün elə bir ciddi əsas yoxdur. Biz bundan əlavə Milli Məclisə də müraciət etmişdik ki, həmin gün işğal olunmuş ərazilər günü kimi qeyd olunsun. Çox təəssüflər olsun ki, bəzi millət vəkilləri bu məsələyə çox səthi və məsələnin mahiyyətinə varmadan reaksiya verdilər?. Akif Nağı onu da bildirib ki, aksiyaya icazə verilməsə, ?Şəhidlər xiyabanı? ziyarət ediləcək: ?Bu dəfəki aksiyamız əvvəki aksiyalardan fərqliliyi ilə seçiləcək. Biz istəyirik ki, hakimiyyət bu məsələnin əhəmiyyətini başa düşsün və aksiyanın keçirilməsi üçün lazımi şərait yaratsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA