Tələbələr Neft Akademiyasında baz verən faciə ilə bağlı aksiya keçirib

img

01-05-2009 [01:27]


Bu gün bir qrup gənc Cəfər Cabbarlının heykəli qarşısında Azərbaycan Neft Akademiyasında baş verən faciə ilə bağlı aksiya keçirib. Aksiya saat 12.00 radələrindən başlayıb, hələ də davam edir. Tədbirdə çıxış edən gənclər baş vermiş faciədən sarsıldıqlarını və bir daha belə hadisələrin baş verməməsi üçün hər kəsi ayıq sayıq olmağa çağırıblar: ?Bizim bura toplaşmağımızın əsas səbəbi dünənki olayda itirdiyimiz tələbə yoldaşlarımızı yad etməkdir. Bu, hamımızın başına gələ bilərdi. Hesab edirik ki, bu cür hadisələr zamanı hamımız bir olmalıyıq və üzüntümüzü də, etirazımızı da birgə bildirməliyik?. Gənclər onu da bildiriblər ki, aidiyyatı orqanlar bu məsələni tezliklə araşdırıb səbəbini ictimaiyyətə çatdırmalıdır. Bundan əlavə tələbələr təhsil müəssisələrində təhlükəsizliyin daha da artırılmasını tələb ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA