imizlidə ağsaqqallar qaz, izıq tələbi ilə aksiya keçirirlər

img

01-05-2009 [01:18]


İmişli rayonunda bir qrup ağsaqqal Rayon İcra Hakimiyyətinin qarşısında yenidən etiraz aksiyası keçirməyə hazırlaşırlar. Səbəb isə rayona verilən təbii qazın təzyiqinin həddən artıq aşağı olması və elektrik enerjisinin fasilələrlə verilməsi olub. Bu barədə Müstəqil İnformasiya Agentliyini bölgə müxbirimiz məlumatlandırıb. Müxbirimizin sözlərinə görə, ağsaqqaların ilk etiraz aksiyası aprel ayının 25- və 26-da baş tutub: ?Yalnız ağsaqqallardan ibarət olan 25-30 nəfərdən ibarət etirazçıları Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev məzuniyyətdə olduğundan qəbul edə bilməyib. Piketçi ağsaqqallardan 10 nəfərini başçının birinci müavini Səfa Ağayev, polis rəisi Məmmədəli Kazımov, Rayon Qaz İsismarı İdarəsinin rəisi Mehman Osmanov qəbul edib və onlara tezliklə problemin həll olunacağı vədi verilib: ?Lakin ötən 4-5 gündə problem həll olunmayıb. Əksinə, rayon rəhbərliyi deputat İltizam Əkbərlini ortaya salaraq, etirazı səngitməyə çalışır. Buna görə də bir neçə gün əvvəl Mədəniyyət Şöbəsinin qarşısında nəzərdə uttulmuş aksiya baş tutmayıb. Deputat İcra Hakimiyyətinə təkcə gedib və bir neçə saatdan sonra ?biz qələbə çaldıq? deyə, etirazçıları sakitləşdirib. Ancaq bu günə qədər məsələ həll olunmayıb. Odur ki, ağsaqqallar yenidən aksiyaya qərar veriblər?. Məsələ ilə bağlı rayon rəhbərliyindən rəsmi mövqe öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA