Dövlət Neft Akademiyasında aparılan əməliyyat baza çatıb (yenilənib)

img

30-04-2009 [12:01]


[/center] Daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib. Həmin şəxsin kim olduğu isə açıqlanmayıb. Hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir. Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov da gəlib. Hazırda Neft Akademiyasının binasının ətrafında olan hər kəs ərazidən uzaqlaşdırılıb. Ərazidə əməliyyat aparıldığından heç kəs binaya yaxın buraxılmır. [center][b]Sonda özünü öldürən silahlı basqınçının Azərbaycan əsilli Gürcüstan vətəndaşı olduğu söylənilir[/b][/center] [center][lib]2010/hadise-2.jpg[/lib][/center] Dövlət Neft Akademiyasında aparılan əməliyyat artıq başa çatıb. Verilən məlumata görə, xüsusi təyinatlı polis dəstələri artıq ərazidən uzaqlaşıb. İlkin məlumata görə, hadisəni törədən bir nəfər xarici vətəndaş özünü güllələyib. Ərazidə yanğınsönürən maşınlar qalıb. Respublika Klini Xəstəxanasından ANSPRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. 4 saylı Əfəndiyev adına Xəstəxanadan verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə isə indiyə qədər 13 meyitin gətirildiyi bildirilir. Hazırda hadisə yerində xeyli insan toplaşıb. Polisin ərazini təmizləmək istəyinə baxmayaraq, heç Kim oranı tərk etmək istəmir. Narahat olan valideynlər, tələbələrin yaxınları hüquq-mühafizə orqanlarından bilgi almaq istəyirlərö Ancaq hələki heç kimə ətraflı məlumat verilmir. [center][lib]2010/hadise-3.jpg[/lib][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA