AiB sədri Ramiz Mehdiyevə müraciət etmək məcburiyyətində qalıb

img

29-04-2009 [06:36]


?Azad İstehlakçılar Birliyi Avropa Komissiyasının layihəsini həyata keçirir. Layihənin adı ?Bələdiyyələrin sosial və ekoloji sahədə imkanlarının açılması? adlanır. Bu, Saatlı, Salyan, Sabirabad, Hacıqabul və Neftçala rayonlarının uzaq kənd bələdiyyələrində həyata keçirilir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, artıq kənd bələdiyyələrinə kompüter və mebel dəstləri verilib: ?Təəssüflər olsun ki, Salyan rayonunda icra strukturları tərəfindən layihənin icrasına dəstək verilmir. Hətta verdiyimiz kompüter və mebel dəstlərinin Neftçala rayonunun kənd bələdiyyəsinə məxsus binaya yerləşdirlməsinə icazə verilməyib. Lakin digər rayonlarda vəziyyət pis deyil. Biz neçə gündür ki, Prezident Administrasiyası ilə danışıqlar aparırıq. Məsələn, mən dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə rəsmi məktubla müracitə etmişəm ki, adıçəkilən layihənin uzaq kənd bələdiyyələrində həyata keçirilməsinə öz köməkliyini göstərsin?. AİB sədri onu da bildirib ki, bu layihə çəçivəsində təxminən 20-yə qədər kəndin tibb məntəqəsinin bərpası nəzərdə tutulur: ?Bundan əlavə, bir çox məktəblərdə də bərpa işlərini nəzərdə tuturuq. Bu layihənin beynəlxalq koordinatoru mərkəzi ofisi Londonda yerləşən Beynəlxaq İstehlakçı Şirkətidir. Donor təşkilatı isə Avropa Komissiyasıdır. Çox təəssüflər olsun ki, yerli qurumlar bu məsələdə bizə kifayət qədər dəstək vermirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA