Milli Məclis ?Dövlət qulluğu haqqında? Qanuna əlavələr və dəyizikliklər edib

img

29-04-2009 [04:34]


Milli Məclis ?Dövlət qulluğu haqqında? Qanuna yeni əlavələr və dəyişikliklər edib. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov qanuna edilən dəyişiklikləri şərh edərək deyib ki, hazırda dövlət qulluğuna qəbul müsahibə və müsabiqə yolu ilə həyata keçirilir. Yeni qanuna əsasən dövlət qulluğunda inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədilə ilk növbədə həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları üçün müsahibə keçiriləcək. Bu müsahibə nəticəsində inzibati vəzifə tutulmadıqda digər şəxslərin iştirakı ilə müsahibə və ya müsabiqə keçirilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA