?Donuz qripi? təhlükəsilə əlaqədar Nazirlər Kabinetində toplantı keçirilib

img

29-04-2009 [04:17]


?Donuz qripi? təhlükəsilə əlaqədar olaraq aprelin 27-də Nazirlər Kabinetində toplantı keçirilib. Bu barədə Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. İsmayıl Həsənov deyib ki, toplantıda bir neçə nazirliyin və komitələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkədə bu virusla bağlı vəziyyət müzakirə edilib, ?donuz qripi?nin Azərbaycana keçməsinin qarşısının alınması üçün lazımi tapşırıqlar verilib: ?Çalışırıq ki, virusun Azərbaycana gəlməsinin qarşısı alınsın?. Xidmət rəisinin sözlərinə görə, ?donuz qripi? təhlükəsi Azərbaycan üçün də var və buna görə də xəstəlik qeydə alınan bütün ölkələrdən Azərbaycana heyvan və heyvan mənşəli məhsulların idxalı dayandırılacaq. O qeyd edib ki, hələlik yalnız Amerika qitəsindən heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə müvəqqəti qadağa qoyulub. Avropa ölkələrinin bu sıraya daxil edilməsi nəzərdə tutulsa da, sonradan bununla bağlı heç bir qərar verilməyib. İ.Həsənov qeyd edib ki, ölkədə ?donuz qripi? virusunun müayinə edilməsi üçün zəruri testlər və laboratoriya var. Həmçinin, dezinfeksiyaedici avadanlıqlar da kifayət qədərdir. İ.Həsənov bildirib ki, aprelin 27-dən ölkədəki donuzçuluq təsərrüfatlarında monitorinqlər keçirilir və bu, on gün davam edəcək. Hələlik isə donuzlar arasında heç bir tələfat qeydə alınmayıb. İ.Həsənov həmçinin qeyd edib ki, ?donuz qripi? virusunun adının dəyişdirilməsi gözlənilir və bu məsələ də Nazirlər Kabinetindəki toplantıda müzakirə edilib: ?Çünki bu virusun donuzlar arasında yaylımasına yalnız Meksikada rast gəlinib. Digər ölkələrdə isə xəstəliyin insandan insana keçməsi müşahidə edilib. İnsanlar arasında müşahidə olunan xəstəlik özündə həm ?quş qripi?, həm ?donuz qripi?, həm də insan qripinin əlamətlərini cəmləşdirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA