Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri görüzdülər

img

29-04-2009 [04:00]


[b]Liderlər bir sıra məsələlərdə razılığa gəlsələr də, bəzi məqamlarla bağlı fikir ayrılıqları da olub[/b] Bu gün Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının liderləri Ümid Partiyasının qərargahında bir araya gəliblər. Budəfəki görüş mətbuat nümayəndələrinin iştirakı olmadan reallaşıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə hərəkatın gündəliyində dörd əsas məsələnin olduğunu bildirib: ?Birinci bələdiyyə seçkiləri ilə bağlı məsələ, ikinci Demokratiya Uğrunda İttifaqın təklifi ilə bağlı idi. Üçüncü referendum, dördüncü isə Azərbaycanın xarici siyasi kursunda Türkiyə ilə münasibətlər məsələsi idi. Bələdiyyə seçkiləri ilə bağlı bir daha vurğulandı ki, blok şəklində seçkilərə qatılmaq variantı hərəkat tərəfindən birmənalı dəstəklənir. Qərara alındı ki, proseslər bu istiqamətdə aparılacaq və partiyalar öz fəaliyyətini bu istiqamətdə həyata keçirəcəklər. Texniki məsələlər isə zaman yaxınlaşdıqca həll ediləcək?. Hərəkat təmsilçisi bildirib ki, liderlər Türkiyə-Azərbaycan münasibətlərinin indiki vəziyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar: ?Azərbaycan və Türkiyə tərəflərinə tövsiyə olundu ki, dərhal massa araxasında əyləşərək, Azərbaycanın və Türkiyənin ortaq maraqlarını müəyyən edib, strateji müttəfiq kimi hər bir məsələlərdə razılaşsınlar. Beynəlxalq aləm qarşısında da bu şəkildə çıxış etsinlər. Heç bir fikir ayrılığı olmadan və bundan sonrakı mərhələlərdə tərəflərin hər birinin maraqları tam şəkildə nəzərə alınmaqla, əvvəlki kurs məqbul hesab olundu. Bu məsələlərlə bağlı tərəflərə müraciət də edildi?. Referendum məsələsinə gəlincə, İqbal bəy bildirib ki, hərəkat üzvləri bu məsələdə mübarizəni davam etdirmək niyyətindədirlər. Onun sözlərinə görə, hələlik məhkəmə prosesi davam edir. Bundan əlavə, referendum məsələsi ilə bağlı Avropa Məhkəməsinə şikayətlə bağlı mərhələ həyata keçiriləcək. İ.Ağazadə onu da bildirib ki, Demokratiya Uğrunda İttifaqın müxalifətin ümumi konfransı və Qarabağ Forumunun keçirilməsi təklifi ilə bağlı konsensus əldə olunmadığına görə, bu təklif məqbul sayılmayıb. Ancaq DUİ-nin təklifinə kimlərin müsbət yanaşmadığını bildirməyib: ?Ümumiyyətlə, hər hansı bir hərəkatda müəyyən bir məsələ ilə bağlı konsensus əldə olunmayanda kimin hansı mövqedə olması açıqlanmır. Sadəcə, qərar bu olur ki, konsensus əldə olunmadı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA