Xırdalandakı qanunsuz tikililər dəqiqləzdirilib

img

29-04-2009 [03:02]


Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış kredit sazişinə uyğun olaraq ölkəmizdə icra edilən ?Daşınmaz əmlakın qeydiyyatı Layihəsi? çərçivəsində 25 dekabr 2008-ci il tarixindən Abşeron rayon ərazisində başlanmış pilot layihə başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib. Xatırladaq ki, Xırdalan şəhərinin və Novxanı kəndinin müəyyən hissələrini əhatə edən bu layihə daşınmaz əmlakın kadastrının yaradılması, bu prosesdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli, gələcəkdə bütün ölkə üzrə daşınmaz əmlakın vahid kadastrının yaradılması üçün müvafiq modelin formalaşdırılması məqsədilə həyata keçirilib. Layihə gedişində Xırdalan şəhərinin və Novxanı kəndinin müəyyən ərazilərində olan daşınmaz əmlak obyektlərinin hüquqi və texniki vəziyyəti haqqında məlumatlar bazada toplanıb. Qeyd edək ki, layihə çərçivəsində Xırdalan şəhəri ərazisindəki qanunsuz tikililər də dəqiqləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA