Ərzaq istehsal edən iki müəssisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib

img

28-04-2009 [04:01]


Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müfəttişləri qanun pozuntuları ilə bağlı istehsalına qadağa qoyulmuş müəssisələrdə təkrar yoxlama aparıblar. Dövlət Komitəsinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, təkrar yoxlama zamanı məlum olub ki, ?İki qardaş? MMC-də qazlı su və alkoqolsuz içkilərin istehsal və satışının qadağan edilməsinə baxmayaraq, müəssisə fəaliyyətini davam etdirib. Həmçinin fiziki şəxs Vüsalə Bayramovaya məxsus müəssisədə təkrar araşdırma zamanı müəyyən olunub ki, iradnamədə qeyd olunan nöqsanlar aradan qaldırılmadan o, fəaliyyətini davam etdirir. Müəssisədə istehsal olunan şərq şirniyyatının, biskvitli-kremli tortun, bulkanın istehsalı və satışı qadağan edilib. Hər iki halda inzibati protokol tərtib olunub, sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA