Deputat iqbal Ağazadə ilə vitse-spiker Valeh Əsgərov arasında dava düzdü

img

28-04-2009 [02:49]


Milli Məclisin bugünkü iclası zamanı deputat İqbal Ağazadə ilə vitse-spiker Valeh Ələsgərov arasında mübahisə yaranıb. İ.Ağazadə tikinti sahəsindəki vəziyyəti tənqid edərək şəhərdə səliqəsiz binalar ucaldığını, dövlət qeydiyyatına alınmadan istifadəyə verildiyini, rayonlarda isə ev tikmək istəyənlərdən icazə almaq tələb olunduğunu bildirib. V.Ələsgərov isə İ.Ağazadənin sözünü kəsərək, deyib ki, təklif olunan əlavə və dəyişikliklərin geniş müzakirəsinə ehtiyac yoxdur: ?Şəhərsalma Məcəlləsi? müzakirəyə çıxarılanda münasibətini bildirərsən. Dəxli olmayan məsələlərdən danışırsınız. O deputatın seçicilərini çox istədiyini demək olar ki, məcəllə müzakirə olunanda təkliflərini yazılı, hüquqi dildə təqdim etsin. Belə müzakirələr deputatları hörmətdən salır?. Vitse-spikerin bu sözləri İ.Ağazadəni hiddətləndirib: ?Danışığına fikir ver, sən kimsən mənə hörmətsiz deyirsən??. Qarşı tərəf isə ?Buranı sirkə döndərməyin? söyləyib. V.Ələsgərov isə ?İclasdan sonra bu sözləri binadan kənarda deyərsən, danışarıq? deyib. İ.Ağazadə ?Heç kimdən qorxmuram və sözümün üstündə dururam. Hara istəsən, gələrəm, danışarıq? cavabını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA