DiN-nin Baz Kadrlar idarəsinə yeni rəis təyin edilib

img

28-04-2009 [12:33]


Dünən Daxil İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Ramil Usubovun əmrilə həmin vəzifəyə Rövşən Əyyubov təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə təyinatı nə təsdiq, nə də təkzib edib: ?Bu barədə Mətbuat Xidmətinə məlumat daxil olmayıb?. Xatırladaq ki, DİN-nin Baş Kadrlar İdarəsinin əvvəlki rəisi, general-mayor Novruz Novruzov təxminən bir ay əvvəl yenidən köhnə vəzifəsinə ? Hava Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Həmin vaxtdan nazirliyin kadrlar idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Turman Zeynalov icra edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA