Hidayət Orucov hicabla bağlı ajiotaj yaratmağı doğru saymır

img

27-04-2009 [08:00]


?Bəzi dairələr hicabı İslamın simvoluna çeviriblər. Halbuki hicab İslamın bir detalıdır?. Bu sözləri jurnalistlərlə söhbətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Hidayət Orucov hicab ətrafında ajiotaj yaratmağın doğru olmadığını da bildirib: ?Hicab qalmaqalı uzun müddət Türkiyənin gündəmini məşğul etdi. Bu məsələ hətta Türkiyə Böyük Millət Məclisinin iclaslarında da müzakirə olundu. Türkiyə böyük dövlətdir, çoxlu problemləri var. Türkiyə parlamentinin bu problemləri bir kənara qoyub, hicabla bağlı müzakirələr aparması doğru deyil. Azərbaycanda əhalinin 96 faizi müsəlmandır. Türkiyədə dini sferada meydana çıxan problemlərin Azərbaycanda təkrarlanmasına yol vermək olmaz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA