?Gənc Liderlər? Uzaq təzkilatı Misir Mərdanova müraciət edəcək

img

27-04-2009 [04:16]


?Gənc Liderlər? Uşaq Təşkilatı(GLUT) Təhsil naziri Misir Mərdanova müraciət edəcək. Bu barədə mia-ya məlumat verən GLUT sədri Fərid Şahbazlı müraciətin növbəti təhsil ilindən etibarən orta məktəblərdə ayda bir saat ?Qarabağ? dərslərinin keçirilməsi ilə bağlı olduğunu deyib: ?Biz artıq bir neçə ildir ki, orta məktəblərdə ayda 1 dərs saatı olmaqla, fakültətiv formada ?Qarabağ? dərslərinin keçirilməsi təklifini vermişik. Lakin Təhsil nazirliyi bu məsələ ilə bağlı mövqeyini açıqlamayıb. Amma nəhayət ki, bizim bu təklifimizə millət vəkilləri tərəfindən dəstək gəldi. İlkin razılığa əsasən, bizim təşəbbüsümüzlə hazırlanacaq müraciətə 10-dan artıq millət vəkili qoşularaq, imza atacaq?. Fərid Şahbazlının sözlərinə görə, orta məktəblərdə ?Qarabağ? dərslərinin keçirilməsi uşaqlarda Qarabağla bağlı ətraflı məlumatların olmasına imkan yaradacaq. GLUT sədrinin sözlərinə görə, məktəblilərin Qarabağı həm bir münaqişə, həm də coğrafi ərazi kimi öyrənməsi ermənilərin qondarma iftiralarına qarşı gələcək nəsillərin müqavimətini gücləndirə bilər: ?Çox təəsüflə qeyd edirəm ki, bu gün məktəblərimizdə nəinki, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ümumiyyətlə işğal olunmuş rayonlarımız barədə məlumatı olmayan minlərlə şagirdlər var. Lakin, bu gün bunu aradan qaldırmaq əvəzinə, məktəblərdə əhəmiyyətsiz mövzularla bağlı fakültətiv dərslər keçirilir. Dərsliklərimizin səviyyəsi də bəllidir. Bu ölkəmiz üçün siqnal olmalıdır. Ona görə, tezliklə ?Qarabağ? dərslərinin ən azından fakültətiv formada tədrisinə ehtiyac var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA