Aprelin sonu qardazlazmız zəhərlər həftəsidir

img

27-04-2009 [04:00]


Beynəlxalq aləm hər il aprel ayının sonuncu həftəsində Qardaşlaşmış şəhərlər gününü qeyd edir. Şəhərlər arasında qardaşlaşmanın tarixi 1957-ci ildən başlayır. Həmin il Fransada Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası yaradılıb. Hələ I Dünya müharibəsi zamanı Avropada antihitler kalisiyasına üzv dövlətlərin bəzi şəhərləri dostluq və əməkdaşlıq əlaqələri yaratmışdılar. Konkret olaraq,1942-ci ildə SSRİ-nin Stalinqrad və İngiltərənən Kantri şəhərləri arasında bü cür münasibətlərin əsası qoyulmuşdu. 1957-ci ildən sonra şəhərlərin qardaşlaşması rəsmiləşdirilməyə başladı. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub. Onlar arasında Azərbaycanı təmsil edən şəhərlər də var. Bakı, Sumqayıt, Şamaxı, Naxçıvan... Bakı və Sumqayıtın xarici şəhərlərlə qardaşlaşmasının ənənəsi sovet dövründən başlayır. Şəhərlər arasında qardaşlaşma həm də erməni lobiçiliyinə qarşı aparılan mübarizədə üsbət nəticə verə bilər. Ermənilərin bütün dünyada Azərbaycan əleyhinə təbliğat apardığı bir məqamda şəhərlərimizin qardaşlaşma ənənəsini davam etdirməsi vacib sayılır. Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış Şəhərlər Fedarasiyasının üzvüdür. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan paytaxtı indiyədək Dakar (Seneqal), İzmir (Türkiyə), Neapol (İtaliya), Təbriz (İran), Hyuston (ABŞ), Bəsrə (İraq), Sarayevo (Bosniya və Hersoqovina) Vunqtau-Kondao (Vyetnam), Bordo (Fransa) kimi iri şəhərlərlərə qardaşlaşıb. Bakıda ?Dakar? meydanı, Neapol və Sarayevo küçələri var. Dakarda ?Bakı? meydanı, Neapolda Bakı küçəsi, Vunqtau-Kondauda isə ?Bakı? mehmanxanası fəaliyyət göstərir. Bakının Mayns (Almaniya), Aberdin (Şotlandiya), Stavanger (Norveç), Paris (Fransa), Berlin (Almaniya), İstanbul (Türkiyə), Vyana (Avstriya), Çendu və Karamay (Çin), Moskva, Volqoqrad, Ulyanovsk və Sankt-Peterburq (Rusiya), Tbilisi (Gürcüstan), Kiyev (Ukrayna), Minsk (Belarus), Astana (Qazaxıstan), Daşkənd (Özbəksitan) şəhərlərilə də tərəfdaşlıq əlaqələri mövcuddur. Sumqayıtın qardaşlaşdığı şəhərlər sırasında isə ilk yerlərdən birini Almaniyanın Lüdviqshafen şəhəri tutur. Sumqayıt və Lüdviqshafen şəhərlərinin 30 illik dostluq tarixi var. 1977-ci ildə bu iki şəhər arasında təməli qoyulmuş mehriban ünsiyyət əlaqələri artıq möhkəm qarşılıqlı hörmət və işgüzar partnyorluq münasibətlərinə çevrilib. İndi bu iki şəhəri bir-birinə təhsil, səhiyyə, idman, sənaye, həmkarlar ittifaqları, musiqi, folklor və digər sahələri əhatə edən qardaşlıq telləri bağlayır. Sumqayıtda Lüdviqshafen parkı salınıb. Sumqayıtın İtaliyanın Bari, Türkiyənin Ceyhan, Ukraynanın Çerkassı və Çinin Cucou şəhərləri ilə də qardaşlaşmış şəhər əlaqəsi mövcuddur. Azərbaycanın Şamaxı və Türkiyənən İqdır yaşayış məntəqələri də 2006-cı ildən qardaşlaşmış şəhərlərdir. İndi Şamaxı ilə İqdır müxtəlif sahələrdə əməkdaşlıq edir. İqdır həm də Naxçıvanla qardaşlaşmış şəhərdir. 2007-ci ilin mayında Azərbaycanın Mingəçevir Bələdiyyəsi və Türkiyənin Ankara şəhərinin Gölbaşı Bələdiyyəsi arasında qardaşlaşmış şəhərlər anlaşması qəbul edilib. Bu sənədə görə hər iki bələdiyyə mədəni, iqtisadi və şəhər planlaşdırılmasında bir-birinə qarşılıqlı yardım etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA