Buraxılız imtahanlarının keçirilmə tarixi məyyənləzdi

img

27-04-2009 [03:55]


Məlum olduğu kimi, hazırki tədris ilinin sonunda respublikanın bütün orta məktəblərində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçiriləcək. Təhsil naziri Misir Mərdanov imtahanların səmərəli təşkili ilə əlaqədar əmr imzalayıb. Sözügedən əmrlə imtahanların keçirilmə yeri və saatı dəqiqləşib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu il buraxılış imtahanları IX siniflərdə ana dili və riyaziyyat, XI siniflərdə ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənləri üzrə keçiriləcək. Orta təhsil kursu üzrə buraxılış imtahanları saat 10.00-da başlayacaq. İyunun 3-də Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan, iyunun 8-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax, iyunun 12-də Şirvan şəhəri, Abşeron, Ağcabədi, Laçın, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı və Zərdab rayonlarınnda IX sinif şagirdləri buraxılış imtahanları verəcəklər. Bakı və Sumqayıt şəhərlərində IX sinfi bitirənlər üçün buraxılış imtahanları 16 iyun tarixində təşkil olunacaq. XI sinfi bitirən məzunlar üçün buraxılış imtahanları bütün respublika üzrə iyunun 5-də saat 10.00-da keçiriləcək. Bütün imtahanlarda şagirdlərə 3 saat vaxt veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA