Hesablama Palatası sabah Milli Məclisdə hesabat verəcək

img

27-04-2009 [02:27]


Milli Məclisin aprelin 28-də keçiriləcək iclasında Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinləniləcək. Bundan başqa, iclasda Azərbaycan hökuməti ilə Küveyt Dövləti və İran İslam Respublikası hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, eləcə də iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair sazişlər təsdiqlənəcək. İclasda, həmçinin Azərbaycan hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişinə və digər beynəlxalq sənədlərə də baxılacaq, ?Yanğın təhlükəsizliyi haqqında?, ?Milli arxiv fondu haqqında?, ?Şəhərsalmanın əsasları haqqında?, ?Dövlət qulluğu haqqında? qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA