Atatürk Düzüncə Dərnəyinin Azərbaycan zöbəsi təsis olunacaq

img

27-04-2009 [01:45]


Atatürk Düşüncə Dərnəyinin Azərbaycan şöbəsi təsis olunacaq Aprelin 29-da Azərbaycan Yazıçılar Birliyinin binasında Atatürk Düşüncə Dərnəyinin Azərbaycan şöbəsinin yaradılması ilə bağlı təsis yığıncağı keçiriləcək. Atatürk Düşüncə Dərnəyindən verilən məlumata görə, dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən qurumun məqsədi və əsas prinsipləri türk dilli xalqların, dövlətlərin bəşəri dəyərlərə söykənərək, əlaqəli işbirliyinin yaradılması və Atatürk ideyalarının qorunmasıdır. Tədbiri ADD-nin Azərbaycan Nümayəndəliyinin Təşkilat Komitəsi təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA