Xanım Xəlilova Türkiyə mətbuatında

img

26-04-2009 [02:57]


Türkiyənin Ermənistanla sərhədləri açacağına dair xəbərlərin intensivləşməsi bu ölkədə yaşayan azərbaycanlıları hərəkətə gətirib. Qardaş ölkədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan Dilarə Əliyeva adına Qdın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilova Türkiyənin bir neçə aparıcı televiziya və mətbuat orqanlarında çıxış edərək, Ermənistanla sərhədlərin açılmasının yolverilməz oluduğunu bildirib. Türkiyənin nüfuzlu "Tərcüman" qəzeti 23 aprel 2009-cu il tarixli sayında Xanım Xəlilova ilə geniş müsahibə dərc edib. "Azərbaycanlı qadınlar qürurlarını qorumaq üçün şəhid oldular" başlığı ilə dərc edilən müsahibədə Xanım Xəlilova xalqımızın keçdiyi şərəfli mübarizə yolundan danışıb. O, ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər barədə də ətraflı məlumat verib. Azərbaycanlı alim türkiyəli jurnalistlə söhbətində ermənilərin gələcək planlarına toxunaraq, Türkiyə ictimaiyyətini ayıq-sayıq olmağa çağırıb. Dünən isə Xanım Xəlilova Türkiyənin "Kanal-A" televiziyasının qonağı olub. Həmyerlimiz televiziya çıxışında Türkiyə-Ermənistan münasibətlərini analiz edib. O, Ermənistanla sərhədlərin açılmasının təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının maraqlarına zidd olduğunu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA