YAP Qadınlar Şurası ümumrespublika konfransı keçirib

img

25-04-2009 [10:25]


Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirib. Şuranın yeni sədrinin seçkiləri olub. Bundan sonra bu vəzifədə YAP Siyasi Şurasının üzvü, Bakı Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva çalışacaq. Konfransda YAP Qadınlar Şurasının 59 nəfərdən ibarət şurası və 22 nəfərdən ibarət idarə heyəti formalaşdırılıb. Heydər Əliyev Fondunun prezidenti, YAP Siyasi Şurasının üzvü, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deptutatı Mehriban xanım Əliyeva şuranın və idarə heyətinin üzvü seçilib. Konfransa sədrlik edən YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından danışmış, onların milli maraqlar ətrafında sıx birləşməsində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib. YAP Qadınlar Şurasının yarandığı 1995-ci ildən indiyədək quruma sədrlik etmiş Səriyyə Əbdülhəsənova çıxış edərək partiyanın cəmiyyət həyatında oynadığı rolu xüsusi vurğulamış, yeni heyətə uğurlar arzulayıb. Konfransın hazırlanması üzrə işçi qrupun sədri, YAP Siyasi Şurasının üzvü Nurlana Əliyeva hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, hazırda YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. YAP çox geniş potensiala malikdir. Hesabat məruzəsində YAP Qadınlar Şurasının fəaliyyətinin gələcək istiqamətləri, qarşıda duran vəzifələr haqqında da ətraflı məlumat verilib. Məruzə ətrafında müzakirələrdə YAP Siyasi Şurasının üzvləri, təhsil nazirinin müavini İradə Hüseynova, Milli Məclisin komissiya sədri Məlahət Həsənova və Gəncə şəhər Qadınlar Şurasının sədri Arzu Həsənova, Xaçmaz rayon Qadınlar Şurasının sədri Elmira İsgəndərova və Sabirabad rayon Qadınlar Şurasının sədri Məleykə Həsənova çıxış edərək hesabat dövründə qurumun fəaliyətini qənaətbəxş hesab etdiklərini bildiriblər. Yeni Azərbaycan Partiyası üzvlərinin 40 faizini qadınların təşkil etdiyini deyən partiya sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov əldə olunan uğurlarda onların müstəsna rolundan danışmış, Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında bundan sonra da böyük əzmlə iştirak edəcəyinə əminliyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA