Türkiyə-Azərbaycan münasibətlərindəki gərginlik dini sferaya da sirayət etdi

img

25-04-2009 [09:01]


[center][b]Türklərin Bakıdakı məscidi bağlandı [/b][/center] Türkiyə ilə Azərbaycan arasındakı gərginlik özünün pik nöqtəsinə çatıb. Prezident İlham Əliyevin Türkiyə səfərindən imtina etməsindən sonra Bakıda bu ölkənin əleyhinə aparılan təbliğat kampaniyası daha geniş vüsət alıb. Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında bir neçə etiraz aksiyasının keçirilməsi iki ölkə arasındakı ziddiyyətləri daha da kəskinləşdirib. Hətta bəzi mətbuat orqanlarında Azərbaycanda təhsil alan türkiyəli tələbələrə hücumların təşkil edilməsilə bağlı xəbərlər yer alıb. Bu gün isə Bakıda Türkiyə dövlətinin maliyyə vəsaiti hesabına inşa edilən "Şəhidlər" məscidinin faliyyəti dayandırılıb. Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri Müzəffər Şahin məscidin bağlanmasını burada aparılan təmir işləri ilə əlaqələndirib. Müşavir deyib ki, artıq məscidin kümbəzində çatlar əmələ gəlib və elektrik təsərrüfatı sıradan çıxmaq üzrədir. Amma Müzəffər Şahin məscidin nə vaxt açılacağını söyləməyib. Müşahidəçilər isə "Şəhidlər" məscidinin bağlanmasını iki ölkə arasındakı gərginliyin artması ilə əlaqələndirirlər. Onların qənaətinə görə, məscidin bağlanması barədə qərarın Türkiyə ilə Ermənistan arasındakı "Yol Xəritəsi"nin açıqlandığı günlərə təsadüf etməsi narahatlıq üçün əsas sayıla bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA