Dövlət qulluğu vəzifəsinin tutulması üçün test imtahanı keçirilib

img

25-04-2009 [08:32]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 29 dövlət orqanında müsabiqəyə təqdim edilmiş 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün test imtahanı keçirilib. Qanunvericiliyə müvafiq olaraq test imtahanında mümkün olan baldan ən azı 80 faizini toplamış namizəd növbəti mərhələyə - müsahibəyə buraxılacaqdır. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 2862 namizəddən 532 nəfəri qanunvericiliyə müvafiq olaraq test imtahanında mümkün olan baldan ən azı 80 faizini toplayaraq, müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Namizədlərdən 216 nəfəri test imtahanında iştirak etməyib. Müsabiqəyə dair ətraflı məlumat övlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytında (www.dqmk.gov.az, www.csc.gov.az və www.tqdk.gov.az) yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA