Ermənilər mövqelərimizi atəzə tutub

img

25-04-2009 [02:05]


Erməni Silahlı Qüvvələrinin bölmələri dünən axşam saatlarından başlayaraq bu gün səhər saatlarına qədər cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, erməni silahlıları aprelin 24-də saat 23.35-dən 23.41-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 25-də saat 00.20-dən 00.40-dək, 05.50-dən 05.55-dək və 06.20-dən 06.25-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA