"ilham Əliyev və Serj Sarkisyan mayın yeddisində Praqda görüzməyə razılıq veriblər"

img

25-04-2009 [12:33]


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan mayın 7-də Praqda görüşməyə razılıq veriblər. Bu barədə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib. "Əlbəttə nəticə var. Biz Azərbaycanın prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla kifayət qədər uzun sürən danışıqlar apardıq. Nəticə isə təsdiqdir. Yəni hər iki prezident mayın 7-də günün birinci yarısında Praqada görüşməyə razılıq veriblər. Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin həllində hələ razılaşdırılmamış məqamlar müzakirə olunacaq. Ümid edirik ki, bu görüş nəticə verəcək". Qeyd edək ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdan İrəvana yola düşüblər. Hava limanında jurnalistlərə açıqlama verən həmsədrlər Azərbaycan prezidenti və xarici işlər nazirləri ilə görüşdüklərini bildiriblər. Minsk qrupunun fransalı həmsədri Bernar Fasye ilin sonuna qədər konkret və ciddi irəliləyişin əldə olunacağına ümid etdiklərini deyib. Amerikalı həmsədr Metu Brayza apardıqları danışıqlardan sonra Bakını xoş əhval ruhiyyə ilə tərk etdiyini bildirib. Rusiyalı həmsədr Yuri Merzlyakov isə Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqada keçiriləcək görüşünün artıq dəqiqləşdiyini qeyd edib./ANS TV/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA