Arif Əliyev: ?Bir neçə nəfər KiV-in inkizafı üçün ayrılmız 1,3 milyon manatı tez-tələsik öz aralarında bölüzdürmək istəyir?

img

24-04-2009 [08:01]


[b]Mətbuat Şurası İdarə Heyətinin bu gün keçirilən iclasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasında təmsil olunacaq namizədlərin adlarının açıqlanmaması birmənalı qarşılanmayıb. MŞ rəhbərliyinin ölkə prezidenti İlham Əliyevə təqdim edəcəyi namizədlərin adlarını ictimaiyyətdən gizli saxlaması bu qurumun adı ətrafında yaranmış şübhələri daha da artırıb.[/b]?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev Müstəqil İnformasiya Agentliyinə açıqlamasında MŞ-nın ölkə başçısına təqdim edəcəyi siyahının ictimai müzakirəyə çıxarılmasının vacib olduğunu deyib. Arif Əliyevin sözlərinə görə, Fondun yaradılması bütövlükdə media ictimaiyyətini maraqlandırıdğı üçün onun formalaşma prosesində bütün tərəflər iştirak etməlidir. ?Yeni Nəsil?in sədri bildirib ki, Fond üçün ayrılmış vəsaitin əsas hissəsi jurnalist təşkilatlarının və KİV redaksiyalarının layihələrinin maliyyələşdirilməsinə yönəldilməlidir: ?Ehtiyacı olan jurnalistlərə maddi yardım edilə bilər. Qəzetlərə və ayrı-ayrı mətbuat nümayəndələrinə kreditlərin verilməsi də mümkündür. Məncə, bu vəsaitin bir hissəsi də qəzet satışının yüksək səviyyədə təşkilinə sərf edilməlidir?. Arif Əliyev Müşahidə Şurasında təmsil olunacaq namizədlərlə bağlı yaranmış ajiotajın ürəkaçan olmadığını deyib: ?Dövlət KİV-in inkişafı üçün 1,3 milyon manat vəsait ayırıb, bir neçə nəfər isə tez-tələsik bu vəsaiti öz aralarında bölüşdürmək istəyir?. MŞ İdarə Heyətinin iclasından bir neçə saat sonra aldığımız məlumata görə, Prezident yanında KİV-in İnkişafina Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına namizədlərin siyahısı Prezident Administrasiyasına təqdim olunub. Siyahıda Vüsalə Mahirqızı (APA-nın baş direktoru), Elçin Şıxlı (?Zerkalo? qəzetinin baş redaktoru), Akif Aşırlı (?Şərq? qəzetinin baş redaktoru), Aqil Abbas ("Ədalət" qəzetinin təsisçisi), Rəşad Məcid (?525-ci qəzet?in baş redaktoru), Mehman Əliyev (?Turan? İnformasiya Agentliyinin direktoru), Vüqar Rəhimzadə (?İki sahil? qəzetinin baş redaktoru), Bəxtiyar Sadıqov (?Azərbaycan? qəzetinin baş redaktoru), Aydın Quliyev (?Bakı xəbər? qəzetinin baş redaktoru), Tapdıq Abbas (?Paralel? qəzetinin baş redaktoru), Arif Əliyev (?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri), Əflatun Amaşov (Mətbuat Şurasının sədri), Umud Rəhimoğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqasının sədri), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri), Qafar Çaxmaqlı (Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası Ermənişünaslıq Mərkəzinin rəhbəri), Xalid Niyazov (Müstəqil Jurnalistlər Liqasının sədri), Vüqar Səfərovun (?Azərmətbuatyayımı? Açıq Səhmdar Cəmiyyətinin sədri) adları var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA