Redaktorların Müzahidə Şurası ilə bağlı debatı baz tutmadı

img

24-04-2009 [05:26]


[b]Bəxtiyar Sadıqovla Azər Əhmədov tədbirə qatılmaq istəməyiblər[/b] Bu gün Media Mərkəzində ?Azərbaycan? qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla ?Azadlıq? qəzetinin baş direktoru Azər Əhmədov arasında keçirilməsi nəzərdə tutulan debat baş tutmayıb. Əvvəlcədən razılıq vermələrinə baxmayaraq, debat iştirakçıları KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına namizədlərlə bağlı aparılacaq müzakirələrə qatılmaqdan imtina ediblər. Debatın aparıcısı İlhamiyyə Rzayeva deyib ki, təşkilatçılar əvvəlcə Mətbuat Şurasının sədri Əflatun Amaşovla (MŞ) əlaqə yaradıblar. Amma MŞ sədri vaxtının məhdud olduğunu əsas gətirərək, debata qatılmaqdan imtina edib. ?Azərbaycan? qəzetinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov isə müzakirələrə qatılmağa hazır olduğunu bildirib: ?Media Mərkəzində debatlar ancaq cümə axşamları təşkil olunur. Amma Bəxtiyar Sadıqov bir qrup millət vəkili, QHT rəhbəri və media təmsilçisi ilə Ağdama səfərə gedəcəklərini əsas gətirərək, debatın bu gün keçirilməsini xahiş etdi. Təəssüf ki, bu gün səhərdən onun telefonuna zəng çatmır?. İlhamiyyə Rzayeva ?Azadlıq? qəzetinin baş direktoru Azər Əhmədovun debata qatılmamasını isə belə izah edib: ?Debatın başlamasına bir neçə saat qalmış Azər Əhmədov mənə telefon açaraq övladının xəstələndiyini və bu səbəbdən də tədbirə qatıla bilməyəcəyini dedi?. Debatda iştirak edən tərəflər gəlmədiyi üçün Media Mərkəzinə toplaşan jurnalistlər öz aralarında mətbuatın problemləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA