Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərilə görüzüb

img

24-04-2009 [03:26]


gn=left]2010/elmar_memmedyarov..jpg[/libt] Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri bu gündən Azərbaycan rəsmiləri ilə görüşlərə başlayıb. Hazırda diplomatlar xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirir. Vasitəçiləri prezident İlham Əliyevin də qəbul edəcəyi gözlənilir. Bakıdakı görüşlərin yekunu olaraq isə həmsədrlər mətbuat konfransı keçirməyi planlaşdırırlar. Onlar sabah yenidən İrəvana qayıtmaq niyyətindədirlər. Xatırladaq ki, Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakovun Cənubi Qafqaz regionuna səfəri aprelin 21-dən başlayıb. Bundan əvvəl vasitəçilər Ermənistanda və Xankəndində səfərdə olublar. Bakıya gələrkən isə hava limanında jurnalistlərə müsahibə verən amerikalı həmsədr Metyu Brayza deyib ki, İrəvandakı danışıqlardan sonra prosesin irəliləməsi nəzərə çarpır. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqada görüşəcəkləri istisna olunmur. /ANS TV/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA