Ombudsman BMT iiD-in Qht-lər üçün təzkil etdiyi seminarda iztirak edib

img

24-04-2009 [03:19]


Insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova BMT-nin İctimai İnformasiya Departamentinin (BMT İİD) Azərbaycan milli qeyri-hökumət təşkilatları üçün təşkil etdiyi seminarda iştirak edib. BMT-nin Azərbaycandakı təmsilçiliyinin ictimai informasiya üzrə nümayəndəsi Envera Selimoviç və Milli QHT Forumunun prezidenti Rauf Zeyni seminarın açılışında çıxış edərək tədbirin məqsəd və məramından danışıblar. Müvəkkil məruzəsində ölkəmizdə insan hüquq və azadlıqları sahəsində görülən işlər barədə məlumat verib. E.Süleymanova Ombudsman təsisatının BMT İİD-in Azərbaycandakı nümayəndəliyi ilə səmərəli əməkdaşlıq etdiyini, ötən il Dünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi ilə əlaqədar birgə silsilə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb. Seminarda BMT İİD-in fəaliyyəti üzrə ?Dünyaya məlumat? adlı film nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA