?Ermənilər Bakıda gizli görüzlər keçirirlər?

img

24-04-2009 [02:59]


[b]Bu faktları aşkarlayan ?Xural? qəzetini isə məhkəməyə verməkdən də çəkinmirlər[/b] ?Xural? qəzeti indiyə qədər dəfələrlə məhkəmələrə verilib. Bu məhkəmələrdə ədalətsiz qərarlarla yanaşı, ədalətli qərar da olub. Amma erməni əsilli İrina Danielyanın bizi məhkəməyə verməsinə gəlincə, bu, milli məsələ olduğu üçün məhkəmədən ədalətsiz qərar gözləmirəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı milliyyətcə erməni olan İrina Danielyanın onu məhkəməyə verməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məhkəmə iddiası xüsusi ittiham qaydasındadır. Baş redaktorun fikrincə, erməni əsilli qadının ?Xural? qəzetini və onun əməkdaşını məhkəməyə verməsinin özü ermənipərəst qüvvələrin Azərbaycanda ilkin qələbsidir: ?Görün, hansı vəziyyətə gəlib çıxmışıq ki, dələduzluqda ittiham edilən, hazırda oğlu həbsdə olan və milliyyətcə erməni olmasına dair əlimzdə sənədləri olduğu bir erməni qadın heç kimdən qorxmadan bizi məhkəməyə verir. Bütün bunlara baxmayaraq, İrina Danielyanın iddiası məhkəmə tərəfindən xüsusi icraata götürülür?. Ə.Zeynallının dediyinə görə, son günlər ermənilərlə bağlı araşdırma yazılar dərc edirlər və burada yaşayan 100 mindən çox erməni bundan narahatdır: ?Bakıda yaşayan erməni qadınlar ?Hayestan? adlı təşkilat yaradaraq, villalarda gizli görüşlər keçirirlər. Proseslərin həssas bir məqamında ermənilər bizi ölkəmizdə məhkəməyə verirlərsə, bunu çox ciddi bir siqnal kimi qarşılamaq lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA