Lənkəranda ailə bayramı keçiriləcək

img

24-04-2009 [02:45]


Mayın 15-də Lənkəranda Beynəlxalq Ailə Bayramı geniş şəkildə qeyd olunacaq. Hər il ənənəvi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bayram tədbirində millət vəkilləri, icra hakimiyyəti nümayəndələri, Azərbaycanın əksər rayonlarını təmsil edən ailələr və digər qonaqların da iştirakı gözlənilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bayram qeyd olunan tarixdə saat 12:00-da başlayacaq və Lənkəran şəhərində açıq səmada keçiriləcək. Bayramın keçiriləcəyi məkan milli koloritə uyğun olaraq bəzədiləcək. Ailə bayramı çərçivəsində kulinariya, yaradıcı ailələr, musiqiçi ailələr, əl işləri, ən zəngin ailə şəcərəsinin şəklini təqdim edən ailə nominasiyaları və ?biz mehriban ailəyik? adlı fotomüsabiqə təşkil olunacaq, qaliblər seçiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA