Tərtər rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri zəhid olub

img

23-04-2009 [07:45]


Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Əsgərin qardaşı Vüqar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 19 yaşlı əsgər Cavanşir Quliyev aprelin 21-də Tərtər rayonu ərazisində güllə yarası alaraq şəhid olub. C. Quliyev bu il yanvarın 3-də Bakının Əzizbəyov rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, bu gün saat 15.30-da doğulduğu Şüvəlan kəndində dəfn olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə onlarda bu barədə məlumatın olmadığı bildirilib. Allah rəhmət eləsin! Anar Məmmədov /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA