Müzahidə Şurasına namizədlərin kimliyi sabah bəlli olacaq

img

23-04-2009 [05:08]


[b]Ölkə başçısı İlham Əliyevin fərmanı ilə yaradılan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinə nəzarəti Müşahidə Şurası həyata keçirəcək.[/b] Bu yaxınlarda isə Müşahidə Şurası üzvlüyünə 18 namizədin siyahısı hazırlanıb Prezident Administrasiyasına təqdim ediləcək. Prezident namizədlərdən 6-nı Şura üzvlüyünə təsdiqləyəcək. Amma namizədlərin kimliyi hələlik Mətbuat Şurası tərəfindən rəsmi şəkildə açıqlanmayıb. Bəziləri də bildirirlər ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov siyahını ictimaiyyətə açıqlamadan Prezident Administrasiyasına təqdim etmək istəyir. Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlama verən Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə isə bu ittihamlarla razılaşmır. İcraçı direktor, sözügedən siyahının sabah saat 5-də açıqlanacağını deyib: ?Siyahıya son əlavələr də daxil ediləcək. Siyahı demək olar ki, tam hazırdır. Siyahıda olan şəxslərin adı sabah saat 5-də İdarə Heyətinin iclasında məlum olacaq. Siyahıya sadəcə olaraq, 3-4 nəfərin adı əlavə ediləcək. İclasdan sonra siyahı Prezidentə göndəriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA