Azərbaycanda 1 milyon 831 min 100 ailə var

img

23-04-2009 [01:46]


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ?Uşaq ili? çərçivəsində keçirdiyi ?Azərbaycan ailəsi? qısametrajlı filmlər festivalına filmlərin və sənədlərin qəbulunu aprelin 30-da yekunlaşdıracaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə komitənin mətbuat xidmətindən məlumat verilib. Mayın 12-də isə müsabiqə iştirakçılar arasından seçiləcək qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Komitədən bildiriblər ki, ailənin cəmiyyətdə nüfuzunun qaldırılması məqsədilə keçirilən tədbirdə yaşından asılı olmayaraq bütün həvəskar və professional rejissorlar iştirak edə bilərlər. Dövlət Komitəsinin məlumatına görə, hazırda respublika 1 milyon 831 min 100 ailə var. Komitə hər il may ayının ikinci ongünlüyündə ailəyə həsr olunmuş tədbirlər keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA