Elçin Behbudov polis zöbələrində seminar keçirir

img

22-04-2009 [07:50]


Bu gün dövlət dəstəyi ilə Masallı və Səlyan polis şöbələrində insan hüquqlarına həsr olunmuş seminar keçirilib. Seminarda polis və vətəndaş münasibətləri, işgəncə və zorun qadağan edilməsi, işgəncələrə qarşı konvensiyalar müzakirə olunub. Bu məlumatı Müstəqil İnformasiya Agentliyinə İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov verib. Onun sözlərinə görə, seminar yüksək səviyyədə keçirilib: ?Seminarın aparıcısı mən, məruzəçilər isə köməkçim Elçin Abdullayev, Dilafət Xəlilova, həmçinin qadın şöbəsinin müdiri Sevil Allahverdiyeva idi. Bundan əlavə, tədbirdə regional bölmənin rəhbəri Natiq müəllim də iştirak edirdi. Polis işçilərinin seminarda layiqincə iştirak etmələri məni çox sevindirdi. Onlar seminarda fikir mübadiləsi aparır və onlara ünvanlanan bir neçə sualları cavablandırdılar. Onlar, həmçinin bəzi problemlərlə bağlı mənə müraciətlər etdilər. Mən şəhərə qayıdan kimi daxili işlər naziri cənab Ramil Usubova həm seminar bərasində, həm də qaldırılan bəzi məsələlərlə bağlı məlumat verəcəm. Həmin məsələləri indi açıqlamaq istəmirəm. Polis qapalı təşkilat olduğundan hər məlumatı ictimaiyyətə çatdırmaq olmaz?. E.Behbudov polis şöbələrindəki təcridxanalarda mütəmadi olaraq monitorinqlər keçirməsinə də münasibət bildirdi. Onun sözlərinə görə, keçirilən monitorinqlər əvvəlcədən kimsəyə bildirilmir: ?Mən monitorinqləri polis şöbələri ilə yanaşı, Ədliyyə və Milli Təhlükəsizlik orqanlarında da keçirirəm. Amma buna baxmayaraq, işgəncə faktları bu gün də mövcuddur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA