ilham Əliyev icra orqanlarına və öz vəzifəsindən sui-istifadə edən zəxslərə sonuncu dəfə xəbərdarlıq edib

img

22-04-2009 [06:19]


Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. İclası İlham Əliyev giriş nitqi ilə açıb. İqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri qurumların ilin birinci rübündə gördüyü işlər barədə məlumat veriblər. Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib. Prezident ? Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir. Bu gündən respublikada ağacların kəsilməsi qadağandır? deyərək icra orqanlarına qəti tapşırıq verib. Prezident yerli icra orqanlarına, iş adamlarına və öz vəzifəsindən sui-istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edib: ?Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram?. O, ekoloji proqramların icrası və yaşıllıq zolaqlarının salınması ilə əlaqədar tədbirlər planının hazırlanması ilə bağlı göstəriş də verib. Bildirib ki, Bakı və paytaxt ətrafında ən azı 3 milyon ağac əkilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA