Britaniya Konsulluğu Azərbaycanda elm müsabiqəsi keçirir

img

22-04-2009 [03:48]


Azərbaycandakı Britaniya Konsulluğu Azərbaycan və Böyük Britaniya arasındakı mədəniyyət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlər çərçivəsində ?Şöhrət laboratoriyası-2009? adlı müsabiqə elan edib. Müsabiqə Britaniya Konsulluğunun təşkilatçılığı, ?Azercell Telekom? BM-in sponsorluğu ilə keçirilir. Milli Elmlər Akademiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, ?Gözəl elm? layihəsinin bir hissəsi olan bu müsabiqə Britaniya Konsulluğunun təşəbbüsü ilə artıq üç ildir ki, Azərbaycan, Türkiyə, Avstriya, Bolqarıstan, Xorvatiya, Yunanıstan, İsrail, Rumıniya və Serbiya daxil olmaqla, Cənub-Şərqi Avropanın 9 ölkəsində, eləcə də Böyük Britaniyada keçirilir. Məqsəd gəncləri karyeralarını elmdə görməyə ruhlandırmaq, həmçinin gənc elm adamlarının daha geniş kütlə ilə hərtərəfli, interaktiv yollarla əlaqə yaratmasına stimul verməkdir. ?Şöhrət laboratoriyası? elmi əlaqələr, yaxud elmin təbliği sahəsində daimi işə sahib olan şəxslərin deyil, öz işləri haqqında danışmaq istəyənlərin axtarışındadır. Qeyd edək ki, Azərbaycan üzrə qalib, bütün xərclər Britaniya Konsulluğu tərəfəndən ödənilməklə, 2009-cu ilin iyununda Böyük Britaniyada keçiriləcək ?Çeltenham? elm festivalında iştirak etmək şansı qazanacaq. Bundan əlavə, finalçı və iştirakçılar layihədə iştirak etdikləri üçün British Council-dan sertifikat və qiymətli hədiyyələr alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA