Narazı QHT-lərin Təzkilat Komitəsi ölkə bazçısına müraciət etdi

img

22-04-2009 [02:40]


Bu gün Media Mərkəzində Azərbaycan Respublikası Prezidenti yaınında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ildə keçirdiyi qrant müsabiqəsinin nəticələrindən narazı qalan QHT nümayəndələri mətbuat konfransı keçiriblər. Onların gəldiyi qənaət budur ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu il üzrə Qeyri-Hökumət Təşkilatlarına maliyyə yardımı müsabiqəsi qaliblərinin siyahısı açıqlanarkən, qaliblərin müəyyən edilməsi zamanı ədalət prinsipi pozulmuş, şəffaflıq təyin edilməmişdir. Tədbirdə narazı QHT-lərin nümayəndələri bildiriblər ki, vətəndaş cəmiyyətinin inkişafında müsbət istiqamətlərə təkan verə biləcək bir çox layihələr subyektiv və qərəzli qiymətləndirmələr nəticəsində ya maliyyələşmədən kənarda qalıb, ya da cəmiyyətdaxili münasibətlərdə heç bir əhəmiyyətə malik olmayan layihələr qalib edilib. Bundan əlavə, müsabiqənin yekunlarından narazı qalan və hüquqlarının pozulduğunu əsas tutan QHT rəhbərləri 5 aprel 2009-cu ildə bəyanatla çıxış etmiş, 6 apreldə QHT-lərə Dövlət Dəstəyi Şurasına informasiya sorğusu ilə müraciət etmişdir. Onlar, həmçinin Şuraya apellyasiya şikayəti vermiş, qanunların imkan verdiyi bütün üsullarla hüquqların bərpasına səy göstərdiklərini bildirdilər: ?Amma QHT-lərə Dövlət Dəstəyi Şurası ?İnformasiya əldə etmək haqqında? Qanunun 9.1.1, 10.4.1 və 10.4.4 maddələrinin tələblərinə məhəl qoymamış, qanunun 24.1 maddəsində nəzərdə tutulan 7 gün müddətində sorğumuza cavab vermək tələbini kobud şəkildə pozmuşdur?. Hüquqlarının pozulduğunu iddia edən QHT-lərin Təşkilat Komitəsi üzvləri prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət də ünvanladılar. Müraciətdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilən və Azərbaycan dövlətinin prioritet hesab etdiyi məsələlərə aid olan layihələrə üstünlük verilmədiyi bildirilir. Qeyd edilir ki, belə hallar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yox, onun geriləməsinə xidmət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA