Zərdüzt Əlizadənin oğlu azadlığa buraxıldı və məcburi müalicəyə göndərildi

img

22-04-2009 [02:31]


Bu gün Yasamal rayon Məhkəməsində hakim Seyid Qafarinin sədrliyi ilə Zərdüst Əlizadənin oğlu Salur Əlizadənin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Narkotik vasitələrdən istifadə etməkdə ittiham olunan S.Əlizadə barəsində 1 il azadlığın məhdudlaşdırılması hökmü çıxarılıb. Məhkəmə S.Əlizadənin həbsdə olduğu 3 ayı qanuna müvafiq olaraq 1 günü 3 gün hesablayıb və onun üzərində tam olaraq 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlayıb. Bundan əlavə, hökmə əsasən, S.Əlizadə məcburi müalicəyə də məhkum edilib. Zərdüşt Əlizadə Müstəqil İnformasiya Agentliyinə açıqlama verərkən bu məsələni şərh etmək istəmədiyini deyib. Politoloq bu məsələnin xəbər kimi təqdim olunmasına da ehtiyac duymadığını bildirib: ?Bütün bu məsələlər mənim hökumətə olan münasibətimlə bağlıdır. Bundan əlavə nəsə demək istəmirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA